Bu seriyada dünya ədəbiyyatınıın ən gözəl örnəkləri məktəblilər üçün adaptasiya olunmuş variantda təqdim edilir. Seriya 9-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Dünya ədəbiyyatı nümunələrinin adaptasiyası əsərdən hər hansı bir hissəni, fəsli təqdim etmək yolu ilə deyil, əsərin bütöv süjet xəttini, obrazların taleyini yığcam şəkildə oxucuya çatdırmaq üsulu ilə həyata keçirilir. Bu zaman əsərin ana xəttinə, başlıca ideyasına xələl gətirə biləcək heç bir ixtisara yol verilmir. Adaptasiya zamanı dünya ədəbiyyatı örnəklərinin istər fabula, istərsə də dil baxımından məktəblilər üçün maksimum anlaşıqlı şəkildə təqdimatına səy göstərilir.
Amfibiya adam Başsız atlı Balaca şəhzadə Baskervillərin iti Dəfinələr adası Görünməz adam Mauqli Sonuncu mogikan Prometey.Arqonavtlar Mavi qatarın sirri Qraf Monte Kristo Kapitan Qrantın uşaqları Robinzon Kruzo Şəhzadə və dilənçi